“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilib.

Ardını oxu...

“Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib

Mayın 7-də NaxçıvanTexniki Peşə və Sürücülük Məktəbində“Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin bütün pillələrinə, eləcə də peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından və yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin ildən­iləgenişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı da artırmışdır. Ona görə də muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi otk.az portalında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun yeni sınaq imtahanı yerləşdirib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

DİM tərəfindən portala ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə (I, II, III və IV ixtisas qrupları üzrə) uyğun yeni №3 2021 sınaq imtahanı (Azərbaycan və rus bölmələri üçün) əlavə olunub. Abituriyentlər sınaq imtahanı verməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Ardını oxu...

“9 May – Qələbə Günü”nə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə mayın 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında “9 May – Qələbə Günü”nün 76-cı ildönümünə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi və sədaqət hisslərini aşılamaq, həmçinin müsabiqə vasitəsilə milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında şagirdləri məlumatlandırmaqdır.

Ardını oxu...

8 və 16 mayda şagirdlərə hansı günün dərsləri keçiriləcək?

Ramazan bayramı ilə əlaqədar istirahət günlərinin yerlərinin dəyişməsi səbəbindən 8 və 16 may məktəblərdə iş günüdür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət gününün yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, bu həftənin şənbə günü mayın 11-i üçün nəzərdə tutulan dərslər, növbəti həftənin bazar günündə isə mayın 12-də keçirilməsi nəzərdə tutulan dərslər cədvəl əsasında keçiriləcək.

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg