“Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilmişdir.

20 aprel 2021- ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının təşkiltatçılığı ilə  “Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilmişdir. Konfransda İnstitutun professor müəllim heyyəti, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin bir qrup coğrafiya və biologiya müəllimləri və tələbələr iştirak etmişdir.

Ardını oxu...

“Sabahın tədqiqatçıları” layihəsinin uğurları davam edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.

Layihədə iştirak edən Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bayramov Hüseyn Samir oğlu elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi Hüseyn Rəsulzadə ilə birgə “Naxçıvan Muxtar Respublikasının suda-quruda yaşayanları və onların biosenozlarda rolu” mövzusunda tədqiqat işi hazırlamışlar.

Ardını oxu...

“Xəmsə” Milli İntellektual Bilik Oyununun rayon mərhələsi keçirilmişdir

Babək Rayon Təhsil Şöbəsinin və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbliləri arasında “Xəmsə” Milli İntelektual Bilik Oyununun rayon mərhələsi keçirilmişdir. Babək şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda 6 komanda üzrə 30 şagird iştirak etmişdir. Müsabiqədə Yarımca kənd tam orta məktəbinin “Araz” komandası  I yerə, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin “İlğım” komandası II yerə, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin “Çinar” komandası  III yerə layiq görülmüşdür. Qliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Müsabiqədə birinci yer tutmuş “Araz” komandası müsabiqənin muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanmışdır.

Babək rayon ümumtəhsil müəssisələrində “Mütaliə aylığı” çərçivəsində tədbirər keçirilib

Babək rayon ümumtəhsil müəssisələrində “Mütaliə aylığı” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Babək şəhər 1 nömrəli tam orta məktəbdə Y.Balasaqunlunun “Qutatqu bilik” kitabının müzakirəsi keçirilmişdir. Müzakirə zamanı ədibin kitabda ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, Allah və  bəndə qarşısında başlıca vəzifələrinin nədən ibarət olduğu fikirləri təhlil olunmuşdur.

Ardını oxu...

“Mütaliə aylığı” çərçivəsində Şahbuz rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər ardıcıl olaraq davam etdirilir

“Mütaliə aylığı” çərçivəsində Şahbuz rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər ardıcıl olaraq davam etdirilir. Şahbuz şəhər 1 nömrəli, Biçənək, Sələsüz, Mahmudoba və Gömür kənd tam orta məktəblərində görkəmli Azərbaycan maarifçisi, tanınmış yazıçı Eynəli bəy Sultanovun məqalələr kitabının müzakirəsi keçirilmişdir. Müzakirələrdə Eynəli bəy Sultanovun hekayələri, ədəbi-tənqidi məqalələri, publisistikası və məktublarından geniş söz açılmış, şairin həyat və yaradıcılığı haqqında şagirdlər məlumatlandırılmışdır. Məktəblilər ədibin bədii yaradıcılığında xalqımızın azadlığı, milli-mənəvi oyanışı və dirçəlişi haqqında tutarlı faktlarla tanış olmuşlar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg