Peşə ixtisasları və peşə təhsili ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Mayın 5-də Naxçıvan şəhər 11 və 15 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və IX-XI sinif şagirdləri iştirak ediblər.

Ardını oxu...

“Məktəblilərarası fənn müsabiqələri”ndə 147 muxtar respublika məktəblisi final mərhələyə vəsiqə qazanıb

Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən  Məktəblilərarası fənn müsabiqələrinin I mərhələsinin nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq keçirilən müsabiqədə 147 muxtar respublika məktəblisi final mərhələdə iştirak etmək hüququ qazanıb. Müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov Asiya İnkişaf  Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.

Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırlayıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib.

Ardını oxu...

“Xəmsə möcüzəsi” adlı dekorativ əl işlərindən ibarət sərgi təşkil olunub

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərtibatçı rəssamı Səkinə Qarayevanın  Azərbaycanın görkəmli mütəfəkkiri, dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Xəmsə möcüzəsi” adlı dekorativ əl işlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sərgini Mərkəzin direktoru Rəşad Xudiyev giriş sözü ilə açaraq Azərbaycan mədəni irsinə,  ədəbiyyatına, dünya şöhrətli dahi şairinə verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı verdiyi Sərəncamın bu dəyərin, qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Yaradılan imkanlar nəticəsində muxtar respublikada yüksək nüfuz qazanan Naxçıvan Qızlar Liseyi

Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. Bu nöqteyi-nəzərdən yanaşsaq, qadının təhsil alması savadlı və sağlam gələcəyin qurulması üçün daha vacibdir. Gələcəyin xanımları - böyüməkdə olan gənc qızların hər biri gələcəyin anası, gələcəyin övlad tərbiyəedicisi və gələcəyin ailə başçılarıdır. Gələcəyin anaları - bugünkü gənc qızlar nə qədər savadlı və nə qədər vətənpərvər olsalar, gələcəkdə öz övladlarını da o ruhda tərbiyə edəcəklər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg