28 mart 2023-cü il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Dərsdə Emin Hacıyev elektron şahmat proqramları, “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” haqqında ətraflı məlumat verərək, vəzir qambitinə aid oyunları təhlil edib. İnteraktiv dərsdə şagirdləri maraqlandıran vəziyyətlər də izah olunub, piyada və top sonluqlarına aid məsələlər həll olunub. İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə qədim hind müdafiəsinə aid oyunlar təhlil edilib, oyuna aid vəziyyətlər izah olunub, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
|
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün ölkə başçısı tərəfindən müəllimlərimiz üçün yüksək tədris şəraiti yaradılır, onların maddi rifahı yaxşılaşdırılır və əməklərinə yüksək qiymət verilir. Elə bu qayğının nəticəsidir ki, muxtar respublikada 400-dən çox müəllim "Əməkdar müəllim" fəxri adlarına layiq görülmüş, "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ardını oxu... Ölkə başçısı tərəfindən təhsil sistemində yeni islahatların həyata keçirilməsi, bu istiqamətdə Dövlət proqramları və sərəncamların imzalanması, məktəblərdə yaradılan müasir tədris şəraiti təhsilin səviyyəsini yüksəldib. Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada da öz nəticələrini verir, məktəblilərin təhsilə, elmə olan marağı ildən -ilə artır. Mart ayının 1-dən, 15-nə dək ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri təhsillərini davam etdirmək üçün fəallıq nümayiş etdirib. Belə ki, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla ümumtəhsil məktəblərini bitirən 3166 şagirddən, 3043-ü sənədvermədə iştirak edib ki, onlardan 2877-si ali, 166-sı isə orta ixtisas təhsili müəssisələrini seçib. Ümumilikdə sənəd qəbulunda məktəblilərin 96 faizi iştirak edib. Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qızlar və Şərur Şəhər Fizika –Riyaziyyat Təməyüllü liseylərini bitirən şagirdlərin 100 faizi ali məktəblərə sənədvermədə iştirak edib.
Ardını oxu... Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə olan qayğısından danışılıb, məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, şagirdlərin innovativ yanaşmaları çətin qavraması və müəllim heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə maraqlanıb. |
|