Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin tələblərinə uyğun təhsil sistemi formalaşıb. Bu təhsil sistemində gənc nəsil gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlanır, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılır, beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanır, yüksək peşə bacarıqlarına malik insan kapitalı yaradılır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” respublika müsabiqəsi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsində mühüm rol oynayır.
Ardını oxu...
|
Prezident İlham Əliyev fevralın 23-də "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". Prezident İlham Əliyev fevralın 23-də "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd çoxəsirlik inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və musiqi mədəniyyətinin məktəblilər arasında təbliğidir. Həmçinin müsabiqənin təşkilində digər məqsəd də şagirdlərin milli ruhda tərbiyyə olunması, xususi istedada malik olan gənclərin aşkar edilməsi, onların qabliyyətlərinin inkişafı, milli adət və ənənələrin təbliğinə və azərbaycançılıq ideyalarına sadiq olan şagirdlərin yetişdirilməsi, şagirdlər arasında musiqi zövqünün formalaşdırılması, Azərbaycan milli musiqi və rəqs numunələrinin düzgün düzgün təbliğ edilməsi və yaşadılmasıdır.
Ardını oxu... |
|