Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər.
Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın kompüter və 700-dən artıq elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur, 156 məktəbdə STEAM kabinələri yaradılıb.