İnteraktiv dərs muzeyin bələdçisi Firəngiz Cəfərova tərəfindən aparılıb. Muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq ümumtəhsil müəssisəsi tərəfindən izlənilən dərsdə böyük dramaturqun həyat və yaradıcılığının müxtəlif məqamları, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verilib. Görkəmli ədibin həyat və fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı kimi daxil olub.
Ardını oxu...
|
Fevralın 21-də Amerikan Riyaziyyat Olimpiadasının qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə keçirilən tədbirdə olimpiada və müasbiqələrin qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Təhsil naziri qeyd edib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər.
Ardını oxu... Fevralın 20-də Naxçıvan şəhər Kimya-Biologiya Təməyüllü Liseydə “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib, onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olunub. Görüşdə təhsil naziri Rəhman Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasında da təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, STEAM kabinələrinin, elektron lövhəli siniflərin və kompüter otaqlarının yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir.
Ardını oxu... Fevralın 17-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Təhsil Nazirliyi əməkdaşlarının, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşlarının iştirak ilə keçirilən tədbiri giriş sözü ilə acan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Qeyd olunub ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidən istifadəyə verilib.
Ardını oxu... |
|