• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1372
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1372
mod_vvisit_counterBu ay46526
mod_vvisit_counterÜmumi2930665

Tarix: 23 Dek., 2024

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 25-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika məktəblilərinin fənn olimpiadasının yarımfinal turu keçirilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 240 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya olmaqla 7 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlərə hər fənn üzrə  qapalı test formasında hazırlanan 30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt ayrılıb.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.
Qeyd edək ki, ötən il də keçirilən Respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 28-i qalib olub.

Xocalı soyqırımına həsr olunmuş interaktiv dərs keçirilib

Fevralın 24-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında  interaktiv dərs keçirilib.
Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə amansızlığına və qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı soyqırımı haqqında məlumat vermək, Vətənə, torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə keçirilən dərsdə qeyd olunub ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi.

Ardını oxu...

Şərur rayonunun Həmzəli kəndində yeni məktəb binası istifadəyə verilib

Fevralın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Həmzəli və Axura kəndlərində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Həmzəli kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 198 şagird yerlik məktəbdə 11 sinif otağı, fizika, kimya-biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 14 kompüter və 4 elektron lövhə quraşdırılıb. Nümayəndə məktəbin pedaqoji kollektivi ilə də görüşüb.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg