Fevralın 2-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Rəhman Məmmədov rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib, Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib. Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.
Ardını oxu...
|
Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Babək rayonunun Vayxır kəndində genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bu sahədə görülən işlərin davamıdır Fevralın 1-də Vayxır kənd tam orta məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məlumat vermişdir ki, Babək rayonunun Vayxır kəndində 378 şagird yerlik tam orta məktəb binasının yenidən qurulmasına 2022-ci ilin mart ayında başlanılmışdır. 2 mərtəbədən ibarət olan məktəb binasında 21 sinif otağı, 2 elektron lövhəli sinif, kompüter sinfi, şahmat sinfi, hərbi kabinə, STEAM kabinəsi, müəllimlər otağı, kimya, biologiya, fizika laboratoriyaları, kitabxana, idman zalı və digər otaqlar yerləşir.
Ardını oxu... Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir. Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Ardını oxu... Yanvarın 27-dən ümumtəhsil məktəblərində məktəblilərin qış tətili başlayır. Belə ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 27-31 yanvar tarixlərində 5 gün qış tətili müəyyən edilib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərslərə 1 fevral 2023-cü il tarixidən başlanılacaq.
Ardını oxu... |
|