• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1397
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1397
mod_vvisit_counterBu ay46551
mod_vvisit_counterÜmumi2930690

Tarix: 23 Dek., 2024

Dərnək üzvləri Natti Biskivit və Şokalad fabrikində ekskursiyada oldular

28 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin bir qrup dərnək rəhbəri dərnək üzvləri ilə birlikdə “Ləzzət Qida-Sənaye” MMC-nin Natti Biskivit və Şokalad fabrikində ekskursiyada oldular. Əvvəlcə gigiyenik qaydalara uyğun olaraq ekskursiyada iştirak edənlərin hamısını xüsusi geyimlə təmin etdilər. Daha sonra dərnək üzvlərinə fabrikdə vafli və peçenye istehsalı prosesləri ilə tanış oldular. İstehsal avadanlıqları paketləmə və qablaşdırma prosesləri haqqında məlumat almaqla yerindəcə prosesi izləmək mümkün oldu.

Dərnək üzvlərinə yeni istehsal olunmuş vafli və peçeniyelərdən hədiyyə olundu..

“Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminarlara başlanıldı

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Ardını oxu...

Təhsilə göstərilən qayğı bizi daha da ruhlandırır

Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqətruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.

Ardını oxu...

Naxçıvan Qarnizonu Tam orta məktəbində şagirdlərin təltif olunma tədbiri keçirildi

Naxçıvan Qarnizonu tam orta məktəbində ay ərzində fəal şagirdlərin təltif olunma tədbiri keçirildi.

Tədbirdə məktəbin direktoru Azərbaycan Respublikaının Əməkdar müəllimi Natiq Əhmədov çıxış edərək, məktəbimizin şagidlərinin müxtəlif sahələrdə qazandıqları uğurlardan danışaraq qeyd etdi ki, Muxtar Respublikada böyüməkdə olan uşaqların və gənclərin təhsili, sağlamlığı daim rəhbərliyin diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, təhsilə, biliyə və idmanın müxtəlif sahələrinə maraq gündən-günə artır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg