29 yanvar 2020-ci il tarixində Heydərabad qəsəbə tam orta məktəbində Pedaqoji şura iclası keçirilmişdir. Pedaqoji şurada məktəbin pedaqoji heyəti və Sədərək rayon Təhsil şöbəsinin Metodkabinet müdiri Bulud Bağırlı iştirak etmişdir. Pedaqoji şuranın gündəliyində I yarimilin yekunu və qarşıda duran vəzifələr, V-XI siniflərdə ingilis dili fənninin tədrisi vəziyyəti, Uşaq Birliyi Təşkilatının Rəhbərinin yarimil üçün hesabatı, sınaq test imtahanlarının nəticələri və cari məsələlər müzakirə olunub.
Qərar layihələri dinlənilərək qəbul edilmişdir.