Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün noyabrın 6-da elan edilən müsabiqənin test imtahanları yanvarın 9-dan 24-dək keçirilib. Müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi alan, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınan muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.