• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1365
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1365
mod_vvisit_counterBu ay46519
mod_vvisit_counterÜmumi2930658

Tarix: 23 Dek., 2024

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminarlara başlanıldı


Yanvar ayının 27-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib.  Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri  ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Ardını oxu...

Kimya fənnindən ümumiləşdirici dərs keçirilmişdir

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə kimya fənnindən  “Təkrar və yarımillik yekun” mövzusunda ümumiləşdirici dərs keçirilmişdir.

Şagirdlər tərəfindən 8 təcrübə-natrium metalının qatı sulfat turşusuna təsiri, sulfat turşusunun şəkər tozunu (saxarozanı) kömürləşdirməsi, barium-xloridlə sulfat turşusunun qarşılıqlı təsiri, hidrogen peroksidin katalizatorun (MnO2) iştirakı ilə parçalanması, xlorid turşusunun alüminium metalı  və mis (II) xlorid məhlulu ilə, natrium metalının su ilə, sodanın  sirkə turşusu  ilə reaksiyaları, manqanın oksidləşmə dərəcəsinin dəyişməsini əks etdirən rəngdəyişmə reaksiyası aparılmışdır. Kimya müəllimi və məktəbin laborantı Qasımova Leyla Nadir qızının nəzarəti altında aparılan təcrübələrdə kimyəvi reaksiyaların getməsi əlamətləri-istiliyin, işığın, səsin yaranması, rəngin dəyişməsi, çöküntünün və qazın əmələ gəlməsi əyani şəkildə izlənilmişdir.

Dərs fəal təlimin mərhələləri əsasında təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar


Yanvar ayının 25-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.

Mərkəz haqqında məlumat verən bələdçi bildirib ki, ümumi sahəsi iki min kvadratmetr olan binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, iki yüz nəfərlik konfrans zalı, ikinci mərtəbədə yüz nəfərlik konfrans zalı və iki yüz nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg