Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfindən dekabrın 24-də Heydər Əliyev adına tam orta məktəbdə yaradılan “STEAM Tədris Mərkəzi”ndən muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub.
Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyinin təlimçisi Fuad Babayev tərəfindən keçirilən interaktiv dərsdə “Micro:bit vasitəsilə müxtəlif layihələlərin hazılanması”mövzusunda məlumat verilib. Dərsdə Microsoft şirkəti tərəfindən hazırlanmış Makecode interfeysi ilə proqramlaşdırmda kod bloklarından istifadə edərək müxtəlif layihələrin kodlaşdırılması və ekranda simulyasiya vasitəsi ilə elektron qurğular üzərində işləməyin yolları izah edilib.