• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün893
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13512
mod_vvisit_counterBu ay18516
mod_vvisit_counterÜmumi2959327

Tarix: 10 Yan., 2025

Sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi keçirilmiş və innovativ dərnəklərə ekskursiyası təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq  həmyaşıdları ilə bərabər imkanlara malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından kənarda qalmamasına və yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqlara Bijuteriya kursu təşkil edilib

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsilə cəlb olunması, onların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülmüşdür. Tədbirlərin davamı olaraq ümumtəhsil məktəbləri və  məktəbdənkənar təhsil müəssisələrində təhsil alan  sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, istedadlarının üzə çıxarılması məqsədi ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  “3 dekabr- Beynəlxalq Əlillər Günü” ilə bağlı Bijuteriya üzrə dekabrın 4-dən 14-dək 10 günlük kurs  təşkil olunub.

Ardını oxu...

Mütaliə ən güclü mənəvi tərbiyə üsuludur

Savadlı olmaq üçün yalnız elmi biliklərə yiyələnmək kifayət deyil, bu işdə mütaliənin də böyük rolu var. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bunu nəzərə alaraq gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı 2017-ci il 28 avqust tarixli Sərəncamı da, bu mənada, böyük əhəmiyyətə malikdir. Ötən müddət ərzində adıçəkilən Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu haqqında eşitdiyim və həmsöhbət olduğum Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əmir İmanovun timsalında da gördüm.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixi nailiyyətidir” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan şəhər 1, 2, 3 və 17 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 20 şagird iştirak edib.

Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Novruzov Feyruz keçdiyi açıq dərsdə bildirib ki, dünyada mövcud olan minlərlə millət və xalqın heç də hamısı müstəqil dövlət yarada bilməyib. Belə bir imkan və xoşbəxtlik hər milli topluma qismət olmur.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg