15 dekabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında İntellektual oyun keçirilmişdir.
Tədbirdə iştirak edən Naxçıvan Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirmişlər ki, gənc müəllimlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq və asudə vaxtalrının səmərəli keçirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Bu gün təşkil olunan “Nə, Harda, Nə zaman” intellektual oyunu da bu baxımdan çox böyük əhəmiyyətə malikdir.