• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün900
mod_vvisit_counterDünən6706
mod_vvisit_counterBu həftə13519
mod_vvisit_counterBu ay18523
mod_vvisit_counterÜmumi2959334

Tarix: 10 Yan., 2025

Estetik tərbiyə dərsdənkənar tədbirlər prosesində də davam etdirilir

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Gözəl dünya” adlı təlim təşkil olunub.

Təlimdə ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatının rəhbərləri və IX-XI sinif şagirdləri iştirak edib.

Təlimin təşkilində əsas məqsəd şagirdlərdə dərsdənkənar fəaliyyətə marağı artırmaq, ideal təlim-tərbiyə prosesi yaratmaq, məktəblilərdə həyati dəyərləri, əxlaqi-estetik tələbatı, vətəndaş mövqeyini formalaşdırmaq, həmçinin real həyati vəziyyətlərdə təşəbbüskarlığı, məsuliyyət hissini, müştərək fəaliyyətdə ünsiyyət və fəal yaradıcılıq bacarığını inkişaf etdirməkdən ibarət olub.

Ardını oxu...

Təhsil Nazirliyində Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru ilə görüş keçirilib

Dekabrın 7-də Təhsil Nazirliyində İngilis dili müəllimlərinin yüksək keyfiyyətli və peşəkar təlimlərdə iştirakı istiqamətində əməkdaşlığın qurulması ilə bağlı Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener Trexo ilə görüş olub.

Görüşdə Təhsil naziri muxtar respublikada təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, innovativ təlim metodlarının tətbiqi, həmçinin kadr hazırlığı ilə bağlı qonağa geniş məlumat verilmişdir.

Ardını oxu...

Babək rayon məktəblərinin qəbul nəticələri müzakirə edildi

Babək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Göynük kənd tam orta və Araz kənd ümumi orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Sirab kənd tam orta məktəbində quruculuq işləri aparılır.

Ardını oxu...

Olimpiada qalibləri mükafatlandırılıb

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg