Muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırmış, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırmışdır.