• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün189
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə189
mod_vvisit_counterBu ay19680
mod_vvisit_counterÜmumi2960491

Tarix: 12 Yan., 2025

Liseyə qəbulun nəticəsi elan olundu

Naxçıvan Qızlar  Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb.
İyunun 19-da Naxçıvan Qızlar  Liseyinə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili, riyaziyyat, və ingilis dili fənləri üzrə ümumilikdə 70 sual təqdim edilmişdir.
Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin instaqram səhifəsindən və liseydən öyrənmək mümkündür.

İyunun 19-da Naxçıvan Qızlar Liseyinə keçirilən imtahanın NƏTİCƏLƏRİ

STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatlar verildi

2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin STEAM təhsili üzrə təlimlərə cəlbi diqqətdə saxlanılır. May-iyun aylarında təşkil olunan növbəti təlimlər başa çatıb. İyunun 21-də təlimləri uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən pilot olaraq muxtar respublikanın 15 təhsil müəssisəsində STEAM təhsil metodunun tətbiqinə başlanılıb.  Bu təhsil müəssisələrində STEAM kabinələri yaradılıb və zəruri avadanlıqlarla - 3D printerlərlə, mikrobit, arduino setləri və digər öyrədici qurğularla təchiz edilmişdir. Tədrisin yüksək səviyyədə təşkili üçün dərsliklər və tədris proqramı hazırlanmışdır.

Ardını oxu...

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda oğlanlarla bərabər qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir. Müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyinə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər.  Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır.

Ardını oxu...

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev deyibdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg