Bakı şəhərində atletika üzrə keçirilən Azərbaycan çempionatının qalibləri, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları Əmrah Nağıyev və Miryusif Seyidovla görüş keçirilib.
Görüşdə iştirak edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur.