26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla ümumilikdə 50 idmançı qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış əlamətdar günün idmançılar arasında qeyd edilməsi, atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyən edilərək yığma komandaya cəlbi məqsədilə keçirilib.