Ordubad Rayon Təhsil Şöbəsində rayonun ümümtəhsil məktəblərini bitirən abituriyentlər üçün "Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib. Seminarda məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir. Tədbiri giriş sözü ilə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov açdı, təhsilin önəmindən, imtahan məsuliyyətindən, məsuliyyətin doğurduğu həyacan və onun təsirlərindən danışdı, şagirdlərə qarşıdakı imtahanlarda uğurlar arzuladı.