“Şahmat dərsləri” elektron tədris vəsaiti ümumtəhsil müəssisələrində şahmatın tədrisinə öz töhfəsini verəcəkdir

Muxtar respublikada məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilir, məktəblərdə şahmat fənninin tədrisi diqqətdə saxlanılır. Muxtar respublikada şahmatın kütləviləşməsi, uşaq və gənclərin şahmata marağının artırılması və bu istiqamətdə inkişaf etmələri yönündə mühüm addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yaradılması ilə muxtar respublikada şahmata baxış tərzi dəyişmiş, Federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqların bu idman növünə marağı artmış, yeni gənc istedadların axtarışı yönümündə zəruri işlər görülmüşdür.

Ardını oxu...

2020-2021-ci tədris ilinə dair bölmə iclası keçirilmişdir

Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2020-2021-ci tədris ilinə dair görüləcək işlərlə bağlı onlayn bölmə iclası keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Cəmşid Naxçıvanski Muzeyində ekskursiyada olmuşdur

Ekskursiya zamanı muzeyin bələdçisi Aygül Xəlilova Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri, Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid Naxçıvanskinin  igidliyi, sədaqəti, qəhrəmanlığı, şücaəti, xalqı qarşısında vətənin müstəqilliyi uğrunda danılmaz xidmətləri haqqında geniş məlumatlar vermişdir.

Ardını oxu...

Təhsil Nazirliyinin kollektivi Milli Dəyərlər Muzeyində olub

Qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsi məqsədilə muxtar respublikada keçirilən “Muzey günləri” çərçivəsində Təhsil Nazirliyinin kollektivi sentyabrın 19-da Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeydə qorunub saxlanan milli dəyərlərimizə aid eksponatlarla tanış olan Nazirliyin əməkdaşlarına muzey haqqında ətraflı məlumat verilərək bildirilib ki, hazırda muzeyin fondunda 236 eksponat vardır.

Ardını oxu...

Ümumtəhsil müəssisələrinin interakiv və elektron vasitələrdən istifadə imkanları genişləndiriləcək

Sentyabrın 18-də Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrini əhatə edən interaktiv tədris üçün müvafiq avadanlıq və kompüter proqramının təqdim edilməsi layihəsi” çərçivəsində “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüş olub. Görüşdə layihə üzərində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanının yaradılması məqsədilə müzakirələr və danışıqlar aparılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg