Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “15 sentyabr-Bilik Günü” münasibətilə bilik yarışı keçirilib.
Keçirilən müsabiqədə Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərində “2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə “Uşaqların zehni inkişafına təsiretmə və inkişafetdirmə bacarıqlarının artırılması” mövzusunda onlayn təlim keçirilib.
Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. 