Sədərək rayon Heydərabad qəsəbəsində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Həmişə sağlam olaq” devizi altında mini futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Keçirilən yarışda Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Sədərək rayon bölməsinin əməkdaşları və Uşaq-Gənclər İdman Məktəbinin şagird və müəllimləri iştirak edib.
14 sentyabr 2020-ci il tarixdə Şərur rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “15 sentyabr-Bilik Günü” münasibətilə şagirdlərarasında bilik yarışması keçirilmişdir. Yarışmada rayonun ümumtəhsil məktəblərindən komandalar iştirak etmişdir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 14 sentyabr 2020-ci il tarixdən 2020-2021-ci tədris ilində şəhər ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisi təşkil edəcək müəllimlərlə üç günlük onlayn seminara start verilmişdir.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən “Müəllimlərin pedaqoji bacarıqlarının artırılması” layihəsinin yekun tədbiri keçirilib.
Sentyabrın 11-də Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən onlayn bölmə iclasları keçirilmişdir. İclasda ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, bütün fənlər üzrə fənnbirləşmə rəhbərləri, kitabxana müdirləri, kitabxanaçılar, praktik məktəb psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və qabaqcıl müəllimlər iştirak etmişdir.