Hazırda Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan sonuncu məktəb binası – Camaldın kənd tam orta məktəbi də yenilənən məktəblər sırasına qoşularaq gələcəyimizin inkişafına öz layiqli töhvəsini vermiş oldu.
Bilik Günündə yeni məktəb binasının təhsil ictimaiyyətinə hədiyyə olunması artıq muxtar respublikada ənənəyə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən prioritet sahə elan olunan təhsilin inkişafı üçün atılan addımların önündə məktəb quruculuğunun dayanması, muxtar respublikada yenilənən məktəblərin sırasına hər il bir neçəsinin əlavə olunması insanda qürur hissi yaradır.
Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”.
Naxçıvan Atletika Federasiyasının rayon bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda yerləşən Mərkəzi Stadionda ümumtəhsil məktəblərinin şagirdləri arasında “Həmişə sağlam olaq” devizi altında atletikanın yadro itələmə növü üzrə qızlar arasında rayon birinciliyi keçirilib.
Muxtar respublikamızın digər təhsil ocaqları kimi, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin də fəaliyyəti daim diqqət mərkəzində saxlanılır, tədrisin günün tələbləri səviyyəsində təşkili, kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılır.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbəsində yerləşən mini stadionda “Həmişə sağlam olaq” devizi altında mini futbol üzrə rayon birinciliyi keçirilib.