Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Culfa rayon ümumtəhsil məktəblərində yaradılmış idman klublarında işlər davam etdirilir. Təhsil müəssisələrində oğlanlarla yanaşı qızların da idmana cəlb edilməsi, qızlardan ibarət komandaların yaradılması diqqətdə saxlanılır. Qızlardan ibarət yaradılmış idman klubları arasında mütəmadi olaraq yoldaşlıq görüşləri, birinciliklər təşkil edilir.
Culfa rayon Əbrəqunus və Bənəniyar kənd tam orta məktəblərinin voleybol üzrə qızlardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.