Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Gənclər Günü” münasibətilə stolüstü tennis idman klubunun üzvləri arasında yarış keçirilib
Yarışın keçirilməsində məqsəd məktəblilər arasında tennis idman növünün kütləviliyinə nail olmaq, onların zərərli vərdişlərdən uzaq tutulması və fəal idman həyatına cəlb edilməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, onların idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.