26 yanvar 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində ümumtəhsil məktəblərinin 8-16 yaşadək şagirdləri arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilmiş yarışda 42 şahmatçı iştirak etmişdir. Yarışın yekun nəticələrinə əsasən I yerə Dünyamalılı Şamil, II yerə Nağıyev Turan, III yerə Hüseynli Elvin layiq görülmüşdür.
Qaliblər və fərqlənən şahmatçılar təşkilatçılar tərəfindən diplomla mükafatlandırılmışdır.