1 fevral 2021-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında “2 fevral - Gənclər Günü”nə həsr olunmuş rayon birinciliyi keçirilib. Yarışda idman klublarının rəhbərləri və idmançı şagirdləri iştirak edib.
Birinciliyin yekun nətəcilərinə əsasən I yerə Lalə Adnayeva, II yerə Cansu Zeynalova, III yerə isə İnci Bağırova layiq görülüb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyələrlə təltif olunublar.