Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.