16 mart 2022-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Emin Hacıyev “Qapalı debütlər” haqqında ətraflı məlumat verərək bildirib ki, qapalı debütlər əsasən ağların 1.d4 və 1.c4 gedişləri ilə yaranır. Vəzir qambiti, Yeni hind müdafiəsi, Qədim hind müdafiəsi, Nimçoviç müdafiəsi kimi bir sıra çox oynanılan debütlər qapalı debütlərə aiddir.