• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün3251
mod_vvisit_counterDünən635
mod_vvisit_counterBu həftə3886
mod_vvisit_counterBu ay8890
mod_vvisit_counterÜmumi2949701

Tarix: 07 Yan., 2025

Mən atamla fəxr edirəm!

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən  “Gənc istedadlar” müsabiqəsində nəsr əsərləri üzrə I yerin qalibi, Naxçıvan Qarnizonu Tam orta məktəbinin VI sinif şagirdi Fərhadlı Furqan Səid oğlu vətən müharibəsi iştirakçısı atası haqqında  müsabiqəyə maraqlı   yazı işi təqdim edib
Mən atamla fəxr edirəm!
2020-ci il sentyabrın 27-si hamının üzündə nigarançılıq, narahatçılıq var idi. Çünki müharibə başlamışdı. Xalqımızın haqq savaşı, illərdir erməni tapdağında inləyən vətən torpağı azadlığın astanasına gəlmişdi. Mən və dostlarım qəribə bir sevinc hiss edirdik, bəlkə də uşaq olduğumuz üçün “müharibə” kəlməsinin fərqinə varmırdıq. Müharibə filmlərdə gördüyümüz səhnələr idi. Hamımız hərbiçi övladı idik, hamımız istəyirdik ki, atamız döyüşə getsin və qəhraman olsun. Günlər keçir, müharibə alovlanır, ordumuz erməniləri əzərək ard-ardına torpaqlarımızı azad edirdi. Cəbhədən həm sevinc dolu, həm də kədər dolu xəbərlər gəlirdi. Şəhid xəbərləri hamını dərindən sarsıdırdı. Atam yorğun və fikirli, anam isə daima gözlü yaşlı idi. Anam, müəllimlərim hər şəhid xəbəri eşitdikcə ağlayır, ah çəkirdilər.

Ardını oxu...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan  Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.
Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edib.

Ardını oxu...

“Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssü-müdür”mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər arasında “Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssü­müdür” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş müsabiqə martın 16-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan  34 şagird iştirak edib.

Ardını oxu...

Türkiyəli şagirdlər Heydər Əliyev adına tam orta məktəbdə olublar

Martın 17-də Türkiyənin Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və   şagirdləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılıb, 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg