Aprelin 2-də Lütfi Zadə adına məntiq olimpiadasının muxtar respublika məktəbliləri arasında rayon (şəhər) mərhələsi keçirilib. Olimpiada Naxçıvan şəhərində 17, Şərur rayonunda 1, Babək rayonunda 2,Ordubad rayonunda 1, Culfa rayonunda 2, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbi, Şahbuz rayonunda 1, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərində keçirilib.
Ardını oxu...
|
Aprelin 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib. Qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bu xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirilib və qanvermə aksiyasında iştirakı təmin edilib. Aksiyada 31 nəfərdən 15.5 litr qan tədarük edilib. Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirib. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır”,- fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulayıb.
Ardını oxu...
Martın 31-də Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib. Şahbuz Rayonunun Mahmudoba kənd tam orta məktəbinin Tarix müəllimi Rauf Bağırov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı.
Ardını oxu... |
|