• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2772
mod_vvisit_counterDünən635
mod_vvisit_counterBu həftə3407
mod_vvisit_counterBu ay8411
mod_vvisit_counterÜmumi2949222

Tarix: 07 Yan., 2025

“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”ndə 505 şagirdin 1812 əl işi nümayiş olunub

Martın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.Tədbirə müsabiqənin qalibləri ilə yanaşı Naxçıvan Şəhər  ümumtəhsil məktəblərində təcrübə keçən Təsviri-incəsənət ixtisasının tələbələri də dəvət olunub.
Tədbirdə  çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir.

Ardını oxu...

STEAM kabinələrinə və “Texniki Servis Mərkəzi” MMC-yə alınan avadanlıqların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən martın 29-da təhsil müəssisələrinin  STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınan yeni  avadanlıqların təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi  qurulur.

Ardını oxu...

Naxçıvanda dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Dini-mənəvi dəyərlər hər bir mütərəqqi cəmiyyət üçün vacib sahədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanlar dövlətimizi, mənəviyyatımızı qorumalıdırlar. Biz gərək mənəvi saflıq uğrunda mübarizə aparaq. Yalnız və yalnız bu yolla cəmiyyətimizi sağlamlaşdıra, inkişaf etdirə və müstəqil dövlətimizi irəliyə apara bilərik”.

Ardını oxu...

Təcrübəçi tələbələrin innovativ dərnəklərə növbəti ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələrin martın 28-dən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərə  növbəti ekskursiyası təşkil olunub.
Ekskursiyada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı ilə pedaqoji profilli ixtisaslar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg