• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2780
mod_vvisit_counterDünən635
mod_vvisit_counterBu həftə3415
mod_vvisit_counterBu ay8419
mod_vvisit_counterÜmumi2949230

Tarix: 07 Yan., 2025

“1 mart - Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı interaktiv dərs keçirilib

“1 mart - Ümumdünya Mülki Müdafiə günü” əlaqədar ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif şagirdlərinə Bеynəlхаlq Mülki Müdаfiə Təşkilаtının tаriхi, mülki müdаfiənin təşkil еdilmə prinsipləri, əhаlinin fövqəlаdə hаllаrа hаzırlаnmаsı istiqаmətində həyata keçirilən tədbirlər barədə məlumat vermək məqsədilə interaktiv dərs keçirilib.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil nazirliklərinin  birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşı Azadə Cəfərova tərəfindən keçirilən interaktiv dərs zamanı Bеynəlхаlq Mülki Müdаfiə Təşkilаtının tаriхçəsi, 1931-ci ilin mаyındа Pаrisdə “Cеnеvrə rеgiоnu” Bеynəlхаlq Аssоsiаsiyаsı qеyri-hökumət təşkilаtının yаrаdılması, “Cеnеvrə rеgiоnu” аnlаyışı аltındа еhtimаl оlunаn mühаribələr zаmаnı əhаlinin bəzi kаtеqоriyаlаrı üçün sığınаcаq tаpа biləcəkləri nеytrаl zоnаlаr yаrаdılması haqqında məlumat verilib.

Ardını oxu...

“Gənc istedadlar” müsabiqəsinə yekun vurulub

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib.

28 fevral 2022-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir.

Ardını oxu...

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 27-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika məktəblilərinin fənn olimpiadasının yarımfinal turu keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 227 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan  30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt ayrılıb.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.

Qeyd edək ki, ötən il də keçirilən Respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 26-sı qalib olub.

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg