Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb.
Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırlayıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib.