Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Döyüş Şöhrəti Muzeyində Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan şəhər 7, 8, 9 və 10 nömrəli tam orta məktəblər üzrə 20 şagirdin iştirakı ilə açıq dərs keçirilib.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin tarix müəllimi Bağırova Xatirə “Aprel döyüşləri” Azərbaycan Milli ordusu müstəqilliyimizin və sülhün dayağıdır mövzusunda keçdiyi açıq dərsdə bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.