• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1885
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə16372
mod_vvisit_counterBu ay21376
mod_vvisit_counterÜmumi2962187

Tarix: 12 Yan., 2025

Naxçıvanda pandemiya dövründə təhsil

COVID-19 pandemiyasının dünyadakı dağıdıcı təsirini göz önünə  gətirdikdə, belə bir böhran dövründə uşaq və  gənclərin təhsil  ehtiyaclarını ödəməyin çox vacib  məsələ  olduğu  ön plana çıxdı. 2019-cu ilin  sonundan  etibarən yayılmağa başlayan bu virus bütün dünyanı öz cənginə aldı, bir çox sahə ilə  yanaşı, elm  sahəsinə də təsir edərək onu iflic vəziyyətinə saldı. Hər bir ölkə bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başladı. İqtisadiyyatı zəif olan, ərzaq təhlükəsizliyinin təmin olunmasında problemlər yaşayan, təhsil, səhiyyə sistemləri inkişaf etməyən ölkələr pandemiya  dövründə  çətinliklərlə  üzləşdi, hətta bir sıra  ölkələrdə səhiyyə, təhsil  sistemləri çökdü.  Azərbaycanda isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə pandemiyanın ilk günlərindən həyata keçirilən qabaqlayıcı, operativ, çevik addımlar xalqımızı böyük bəladan qurtara bildi. Ölkə başçısı deyib: “Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi  uşaqları,  yeniyetmələri  xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik”. Bütün bunlar bir daha təsdiq etdi ki, dövlət siyasətinin mərkəzində insan amili - Azərbaycan xalqı dayanır.

Ardını oxu...

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “Kitabi- Dədə Qorqud” dastanın müzakirəsi keçirilib

Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müazakirəsi keçirilib. Müzakirə zamanı Culfa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlərimiz”, Culfa şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən Gülsadə Əliyeva “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları”, Lalə Qasımzadə “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmanlıq obrazları”, Turanə Cabbarova isə “Kitabi-Dədə Qorqud” dastan xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda çıxış ediblər. Məktəbin şagirdlərindən Nəsrin Məmmədova, Lamiyə İsgəndərli, Nuray Əliyeva, Rəvanə Əhmədli dastandan bəzi boylar haqqında danışmışdır. Müzakirənin sonunda məktəbin şagirdləri “Qazan xanın oğlunun yağmalandığı boy” u səhnələşdiriblər. Sonra məktəbin IX-XI sinif şagirdləri “Kitabi-Dədə Qorqud” dastanında “Qəhrəmanlıq obrazları” mövzusunda esse yazı işi yazıblar.

Ardını oxu...

Sədərək rayon məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığıˮ elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Mütaliə aylığıˮnın keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayon ümumtəhsil məktəblərində Eynəli bəy Sultanovun Məqalələr kitabının müzakirəsi keçirilib.

Ardını oxu...

“Xəmsə ˮ Milli İntellektual Bilik Oyununun rayon mərhələsi keçirilib

Şərur Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında “Xəmsəˮ Milli İntellektual Bilik Oyununun rayon mərhələsi keçirilib. Şərur şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda 6 komanda üzrə 30 şagird iştirak edib. Müsabiqədə Danyeri kənd tam orta məktəbin “Xarı bülbül ˮ  komandası  I  yerə,  Şəhriyar  kənd tam orta məktəbin “Simruqˮ  komandası II yerə, Şərur şəhər 2 nömrəli  tam orta məktəbin “ Qarabağ ˮ  komandası isə III  yerə layiq görülüb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg