Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığıˮ elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Mütaliə aylığıˮnın keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayon ümumtəhsil məktəblərində Eynəli bəy Sultanovun Məqalələr kitabının müzakirəsi keçirilib.