Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.
Aprelin 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə eyni zamanda mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər də nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi keçirilib. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən müsabiqədə 20-dən çox şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixinə, səfalı dağlarına, yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar təbiətini rəsmlərdə canlandırmaqla şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarət olub.
AMEA-nın Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Naxçıvan Muxtar Respublikasının petrofil (qaya-töküntü) bitkiliyi” mövzusunda interaktiv dərs olub.
Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvər ruhda təriyə olunması, onların tarixi biliklərini möhkəmləndirmək, vətənə sevgi hislərini aşılamaq, eyni zamnda “Mütaliə aylığı” ilə əlaqədar asudə vaxtlardan səmərəli istifadə, oxu vərdişlərinin və mədəniyyətinin formalaşması məqsədi ilə bir sıra marifləndirici tədbirlər keçirilmişdir.