Sədərək rayon ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində marifləndirici tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı”na həsr olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir. Müzakirələrdə çıxış edənlər vuğlayıblar ki, “Kitabi-Dədə Qorqud” dastanından günümüzə gəlib çatan bir müqəddimə və on iki boy böyük oğuznamə mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır.

Ardını oxu...

“Xəmsə” Milli İntellektual Oyununun növbəti mərhələsi Kəngərli rayonunda keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.

Ardını oxu...

Naxçıvan Qarnizonu tam orta məktəbində kitab müzakirəsi keçirilib

“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbinin kitabxanasında  Azərbaycan dili və ədəbiyyatı müəllimləri və V sinif şagirdlərinin iştirakı ilə Güney Azərbaycanın yazıçısı Səməd Behrənginin “Balaca qara balıq” kitabının müzakirəsi keçirilib.

Müzakirədə şagirdlər Səməd Behrənginin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.  Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Təranə Mütəllimova və Zeynəb Nəsirova çıxışlarında İranda şah rejiminin qurbanına çevrilən Səməd Behrənginin ən məhşur əsəri  olan “Balaca qara balıq” əsərində Balaca qara balığın dilindən xalqın azadlıq mübarizəsini əks etdirdiyini bildirmişlər.

Ardını oxu...

“Mütaliə aylığı”nda interaktiv dərs keçirilib

“Mütaliə aylığı” çərçivəsində aprelin 20-də Naxçıvan Muxtar Respublika Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

Ardını oxu...

Muxtar Respublikada aprelin 29-da keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Məlum olduğu kimi, aprelin 29-da Naxçıvan Muxtar Respublikasında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg