“Xəmsə” Milli-İntellektual bilik yarışı keçirilib

Culfa Rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə  gənc müəllimlər və dövlət qulluqçuları arasında “Xəmsə” Milli-İntellektual bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd gənc müəllimlər və dövlət qulluqçularının intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Yarışın nəticələrinə görə dövlət qulluqçularından ibarət “Xəzinə adası” komandası I, Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Əlincə” komandası II, Culfa Rayon Mədəniyyət Sarayının “Araz” komandası isə III yeri tutmuşlar.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.

Nə? Harada? Nə zaman? İntellektual oyunu keçirilib

Sədərək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupu və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon Dəmirçi kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında yol hərəkəti qaydaları ilə bağlı Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

İntellektual oyunda Təhsil Şöbəsinin, İdman İdarəsinin, Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupunun əməkdaşları və ümumtəhsil məktəblərinin IX-XI sinifləri üzrə 25 şagird iştirak edib.

Ardını oxu...

Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmişdir. Bu məqsədlə aprelin 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

Ardını oxu...

Babək rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilmişdir

Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və şagirdlərin fiziki hazırlıq göstəricilərinin inkişafı üçün bir sıra tədbirlər keçirilmişdir.  Belə ki, Babək rayon Şıxmahmud kənd tam orta məktəbində Nizami ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə N.Gəncəvinin “Sirlər Xəzinəsi” poeması təhlil olunmuş, “Kərpickəsən qocanın hekayəti” səhnələşdirilmiş, şairin lirik şeirləri şagirdlər tərəfindən səsləndirilmişdir.

Babək rayon Nəcəfalıdizə kənd tam orta məktəbində isə şagirdlər arsasında şahmat yarışı və siniflər arası voleybol yarışı keçirilmişdir. Hər iki yarışın sonunda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Ardını oxu...

Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi təşkil olunub

Kəngərli Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən maarifçilik ideyaları ilə xalqına misilsiz xidmət göstərən Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi təşkil olunub.

Müzakirənin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri, kitab oxumağa marağın artırılması, məktəblilərdə mütaliə vərdişlərini formalaşdırmaq və Azərbaycanın tanınmış mütəfəkkirlərinin yaradıcılığına maraq oyatmaqdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg