“Mütaliə aylığı” çərçivəsində Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində bilik yarışları, maarifləndirici söhbətlər və müzakirələr keçirilib. Belə ki, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını situmullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yol hərəkət qaydaları ilə tanışlığını daha yaxından təmin etmək məqsədilə rayon ümumtəhsil məktəbləri arasında Təhsil Şöbəsinin, Polis İdarəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda qalib məktəb komandaları diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Sədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məkətəbi, Muğla Büyük Şehir Belediyəsi və Pakistan Akıl Sporları Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Türkiyə və Pakistan şahmatçı şagirdləri arasında “8 Online Uluslararası Külübler Lichess” şahmat yarışı keçiriləcəkdir.
Ordubad Rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun Ordubad rayon birinciliyi keçirilib. Ordubad Rayon Mədəniyyət Sarayında keçirilən birincilikdə çıxış edınlər bildiriblər ki, intellektual oyunların keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Yarış hər bir raundda 5 mövzu üzrə suallar olmaqla, 5 raunddan ibarət olub. Yekunda qaliblər müəyyənləşib. Beləliklə, Aza kənd tam orta məktəbin “İstedad” komandası I yerin, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası II yerin, Dəstə kənd tam orta məktəbin “Zirvə” komandası isə III yerin qalibi olub.
“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində silsilə tədbirlər davam edir.