Ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə istedadlı şagirdlərin olimpiadalara, bilik və idman yarışlarına cəlbinin daha da genişləndirilməsi, onların intellektual yarışlarda iştirakının təşviq və təşkil olunması məqsədilə rayonun ümumtəhsil məktəblərində müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlər keçirilib.
Aprelin 8-də “Saat Meydanı” turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan: dörd fəsildə” kitabının təqdimat mərasimi keçirilib.
Muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Nizaminin həyat və yaradıcılığına həsr olunmuş “Poeziya Günü” keçirilib.
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırığın icrası məqsədilə ali məktəblərin professor və müəllim heyətləri, muxtar respublikanın qabaqcıl fənn müəllimləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə çapa hazırlaşan yeni dərsliklərin müzakirəsinə başlanılmışdır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Mütaliə aylığı” ilə bağlı müxtəlif tədbirlər keçirilir. Şagirdlər arasında “Oxunması zəruru olan kitablar”ın, Azərbaycan və dünya ədəbiyyatından əsərlərin müzakirəsi, inşa, şeir müsabiqələri, diskussiyalar təşkil edilir.