Naxçıvan şəhər ümumtəhsil məktəbləri 12-18 mart tarixlərində məktəb rəhbərliyi, kitabxana müdiri və kitabxanaçıların, bir qrup müəllim və şagirdlərin iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsini keçirmişdir.
Müzakirələrdə M.T.Sidqinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Ümumilikdə 63 müəllim, 178 şagirdin iştirakı ilə “Məktəb hekayələri” kitabında yer alan ayrı-ayrı hekayələr müzakirə olunmuş, Məhəmməd Tağı Sidqinin yaradıcılığında ata-anaya hörmət və övlada qayğı, qızların təhsil almasını, təhsilin xalqın, millətin taleyində vacibli rolu fikirlərinin şagirdlər tərəfindən düzgün mənimsənilməsi üçün izahlar aparılmışdır.
18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin növbəti mərhələsi Kəngərli rayonunda keçirilib.
18 mart 2021-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilib.
Şahbuz Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Uşaq-Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin komandaları arasında “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” devizi altında voleybol yarışı keçirilib.
17 mart 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şahmat dərsini tədris edən müəllimlərlə görüş keçirilmişdir.