Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Ordubad rayon mərhələsi keçirilib. Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün Naxçıvanın dünəni və bu günü, abidələri, təbiəti, milli-mənəvi dəyərləri və adət-ənənələrinin təsviri mövzuları təqdim edilib.
Müsabiqənin fevral-mart aylarında keçirilən məktəbdaxili seçim mərhələsində seçilmiş ən yaxşı əl işləri müsabiqənin II mərhələsinə təqdim olunub. Bu mərhələdə məktəbdaxili seçim mərhələsində fərqlənən 65 şagirdin 300-ə yaxın rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. digər əl işləri nümayiş etdirilib.
Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının pedaqoji, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının isə ixtisas təcrübələrinin başlanğıc konfransı keçirilib.
Məlumdur ki, müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedad, demək olar ki, hər bir böyüyən yeniyetmədə var. Ancaq hər bir şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməklə, inkişafına düzgün istiqamət verməklə bu istedadın üzə çıxarılması və inkişaf etdirilməsi məhz məktəbdə başlanır. Daha doğrusu, şagirdlərin həyata, əməyə və yaradıcılığa hazır olmalarının əsası, təməli ümumtəhsil məktəblərində qoyulur. Buna görə də şagirdləri sərbəst yaradıcılıq fəaliyyətinə cəlb etmək və onlarda aşkar və ya gizli olan potensialı üzə çıxarmaqda keçirilən müsabiqə və layihələrin rolu böyükdür.
Culfa Rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə gənc müəllimlər və dövlət qulluqçuları arasında “Xəmsə” Milli-İntellektual bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd gənc müəllimlər və dövlət qulluqçularının intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Sədərək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsinin Dövlət Yol Polisi Qrupu və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon Dəmirçi kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında yol hərəkəti qaydaları ilə bağlı Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.