M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi və esse yazı müsabiqəsi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur.

Ardını oxu...

Stolüstü tennis klubları arasında yoldaşlıq görüşü keçirilib

Sədərək Rayon Təhsil  Şöbəsi, İdman İdarəsinin və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə  “Zərərli  vərdişlərə  yox  deyək, həmişə sağlam olaq!” devizi altında ümumtəhsil məktəblərində yaradılmış stolüstü tennis klubları arasında yoldaşlıq görüşü keçirilib.

Ardını oxu...

Naxçıvan şəhər 11 və 14 nömrəli tam orta məktəblərdə şagirdlər üçün maarifləndirici tədbir keçirilib

Muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil, Daxili İşlər və Gənclər və İdman nazirlikləri tərəfindən maarifləndirici görüşlər keçirilib. Görüşdlərdə 40-a yaxın yeniyetmə iştirak edib.

Görüşün keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarının idmana sərf edilməsi, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqları sosial şəbəkələrdən təhlükəsiz istifadə üçün təlimatlandırmaq, eyni zamanda Naxçıvanın turizm potensialının təbliğ olunmasını şagirdlərə aşılamaqdan ibarət olub.

Ardını oxu...

Sədərək rayon ümumtəhsil məktəblərində “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərində “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib.

Keçirilən müzakirələrdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri və IX-XI siniflər üzrə ümumilikdə 50 şagird iştirak edib.

Mmüzakirədə çıxış edənlər bildiriblər ki, Sədərək rayon Təhsil Şöbəsinin  tabeliyində olan təhsil müəssələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Şöbəsi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilməsi davam etdirilir deyə vurğlanmışdır.

Ardını oxu...

Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsində 512 şagirdin 1466 əl işi nümayiş olunub

Aprelin 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada yüksək elmi biliyə, müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi, bilik və bacarığını daha da möhkəmləndirməsi üçün lazım olan bütün şərait yüksək səviyyədə təşkil edilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg