Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmişdir. Bu məqsədlə aprelin 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və şagirdlərin fiziki hazırlıq göstəricilərinin inkişafı üçün bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Babək rayon Şıxmahmud kənd tam orta məktəbində Nizami ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə N.Gəncəvinin “Sirlər Xəzinəsi” poeması təhlil olunmuş, “Kərpickəsən qocanın hekayəti” səhnələşdirilmiş, şairin lirik şeirləri şagirdlər tərəfindən səsləndirilmişdir.
Kəngərli Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən maarifçilik ideyaları ilə xalqına misilsiz xidmət göstərən Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi təşkil olunub.
Ulu öndər Heydər Əliyev hər bir insanda ən yüksək mənəvi keyfiyyət sayılan milli vətənpərvərlik haqqında belə demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.
Martın 30-da Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon Tarix Diyarşünaslıq müzeyində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq açıq dərs keçirilib.