Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər 3 nömrəli tam orta rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı və şeir müsabiqəsi keçirilib. Müsabiqə şagirdlərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması məqsədilə təşkil edilib.
Müsabiqəyə rayon ümumtəhsil məktəbləri üzrə 20 inşa yazı təqdim olunub. Münsiflər heyətinin qərarı ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Züleyxa Kamil qızı I yerə, Kotam kənd tam orta məktəbin şagirdi Məmmədli Rəvan Heydər oğlu II yerə, Vələver kənd tam orta məktəbin şagirdi Əsgərova Raidə Ceyhun qızı isə III yerə layiq görülüb.